20:49 16-04-2016
news_image

Avropa Kubokunun ilk günündə 3 medal - FOTO

Çexiyanın Teplitse şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yarışına start verilib. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamız yarışın ilk günündə aktivinə 2 qızıl və 1 bürünc medal yazdırıb.

 

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əhməd Yusifov və 44 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova bütün rəqibləri üzərində qələbə qazanaraq mötəbər yarışın qızıl medallarını qazanıblar.

 

40 kq çəki dərəcəsində mübarizə aparan millimizin digər üzvü Vüsalə Kərimova isə Avropa Kubokunda bürünc medala sahib olub.

 

Beləliklə, ilk günün nəticəsinə görə, Azərbaycan millisi 3 medal qazanaraq komanda hesabında birinci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, 29 ölkədən 346 idmançının qatıldığı Avropa Kubokunda yığmamız 26 cüdoçu (20 oğlan, 6 qız) ilə təmsil olunur.