20:52 16-04-2016
news_image

Cüdoçumuz Rusiyada qızıl medal qazandı

Rusiyanın Sankt-Peterburq şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku yarışına start verilib. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığma komandamız mötəbər yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb.

 

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Cüdoçumuz finala gedən yolda Fransa, Braziliya və Gürcüstan idmançılarını məğlub edib. Qurbanlı final qarşılaşmasında isə tatani sahibi Damir Meremov üzrərində qələbə qazanıb.

 

Qeyd edək ki, 22 ölkədən 346 idmançının qatıldığı Avropa Kubokunda millimiz 21 cüdoçu ilə təmsil olunur.