22:12 16-04-2016
news_image

Güləşçimiz Serbiyada 5-ci oldu

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Apasport.az saytının məlumatına görə, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır.


İkinci yarış günündə qadın güləşçimiz İrina Netreba mübarizəyə qoşulub. 63 kq çəkidə iştirak edən Netreba ilk görüşdə Çexiyadan Adela Hanzlickovanı (10:4) üstələsə də, Rusiya təmsilçisi Anastasia Bratçikovaya 2:7 hesabı ilə uzudub və lisenziya şansını itirib.

 

Ancaq güləşçimiz Yunanıstan təmsilçisi Aqoro Papavasileiou ilə bürünc medal uğrunda görüşə çıxıb. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da (9:9), xalların keyfiyyətinə görə rəqib qalib olub. Bununla da güləşçimiz yarışı 5-ci sırada tamamlayıb.