16:09 17-04-2016
news_image
2469
DÖYÜŞ NÖVLƏRİ

Daha bir boksçumuzdan qızıl medal!

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində daha bir idmançımız qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan və Rioya lisenziyanı təmin edən Yana Alekseyevna finalda italiyalı İrma Testaya qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

 

Yarımfinalda Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teyloru (İrlandiya) yolundan kənarlaşdıraraq finala adlayan və bununla da Rioya getməyə haqq qazanan xanım boksçumuz turnirdən ən güclü kimi qayıdır.

 

Qeyd edək ki, dünən 56 kq-da mübarizə aparan Cavid Çələbiyev çəkisinin ən güclüsü olmuşdu.