17:06 17-04-2016
news_image
2811
DÖYÜŞ NÖVLƏRİ

Ermənini döyüb Rioya vəsiqə qazandı

Azərbaycan yığması Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində beşinci lisenziyasını qazanıb. Apasport.az saytının məlumatına görə, Yana Alekseyevna (60 kq), Cavid Çələbiyev (56 kq), Lorenzo Sotomayorun (64 kq) və Məhəmmədrəsul Məcidovdan (+91 kq) sonra Abdulqadir Abdulayev (91 kq) də Rioya vəsiqəyə sahib olub.

 

O, bu nəticəni turnirin bürünc medalını qazanaraq əldə edib. Təmsilçimiz Avropa Oyunlarının gümüş mükafatçısı erməni əsilli ukraynalı boksçu Gevorq Manukyana qalib gəlib.

 

Döyüş təmsilçimizin 2:1 (30:27, 30:27, 27:30) hesablı üstünlüyü ilə nəticələnib.

 

Xatırladaq ki, Bakıda keçirilən Avropa Oyunlarında finalda qarşılaşmalı olan rəqiblər Manukyanın zədəsi ucbatından görüşə bilməmişdilər. Abdulqadir döyüşə çıxmadan çempion, ukraynalı isə gümüş mükafatçı olmuşdu.

 

Təmsilçimiz bu dəfə də erməni rəqibindən üstün olduğunu sübut edib.

 

Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 40-a, Rioya yollanacaq idmançılarımızın sayı isə 41-ə çatıb.

 

Abdullayevdən öncə Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Məhəmmədrəsul Məcidov (hamısı boks, +91 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (75 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.