20:28 17-04-2016
news_image
2315
DÖYÜŞ NÖVLƏRİ

Samsunda 3-cü “qızıl”

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində daha bir idmançımız qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, 64 kq çəki dərəcəsində mübarizə aparan milliləşdirilmiş boksçu Lorenzo Sotomayor finalda latviyalı Evaldas Petrauskasa qalib gələrək, turnirin ən güclüsü olub.

 

Boksçumuz hər üç raundda rəqibindən üstün olub – 3:0 (30:27, 30:27, 30:27).

 

Finala çıxmaqla Rioya lisenziyanı təmin edən təmsilçimiz turnirin də ən güclüsü olmaqla qızıl medallarımızın sayını 3-ə çatdırıb.

 

Qeyd edək ki, Lorenzodan əvvəl Cavid Çələbiyev (54 kq) və xanım boksçumuz Yana Alekseyevna (60 kq) da öz çəkilərində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdilər.