21:58 17-04-2016
news_image
454
DİGƏR NÖVLƏR

Veloparkda kriterium yarışı - FOTOSESSİYA

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün təqvim planına uyğun olaraq, Veloparkda Açıq Bakı Kriterium yarışlarının 2-ci mərhələsi keçirilib. Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarışda qurumun nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.

 

Qızların mübarizəsində 8 saylı Olimpiya Ehtiyatları Məktəbinin (8 saylı OEQİUGM) təmsilçisi Validə Cabbarova hamıdan güclü olub. Onun komanda yoldaşı Maksim Naperstkov isə gənc oğlanların mübarizəsində bütün rəqiblərini qabaqlayıb.

 

U-15, U-17 və U-23/Elit kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin (OEQİUGVM) üzvləri Nikita Sıtov, İvan Orlov və Orxan Məmmədov qalxıblar. Açıq Bakı Kriterium yarışlarının sonuncu, 3-cü mərhələsi aprelin 23-də keçiriləcək.

 

Qızlar

 

1. Validə Cabbarova (8 saylı OEQİUGM) 
2. Viktoriya Buxenskaya (OEQİUGVM)
3. Elfanə Camalova (8 saylı OEQİUGM)

 

U-15

 

1. Nikita Sıtov (OEQİUGVM)
2. Fədail Mahmudov (8 saylı OEQİUGM)
3. Emil Əliyev (8 saylı OEQİUGM)

 

U-17

 

1. İvan Orlov (OEQİUGVM)
2. Vüqar Nəsibov (Neftçi İKİB)
3. Mahmud Məmmədov (Neftçi İKİB)

 

Gənclər

 

1. Maksim Naperstkov (8 saylı OEQİUGM)
2. Bakir Dadaşov (OEQİUGVM)
3. Mikayıl Səfərli (8 saylı OEQİUGM)

 

U-23 / Elit

 

1. Orxan Məmmədov (OEQİUGVM)
2. Ayxan İltifatlı (OEQİUGVM)
3. Elvin Nağıyev (OEQİUGVM)