09:42 18-04-2016
news_image
1554
DİGƏR NÖVLƏR

Azərbaycan Rio Olimpiadasına 41-ci lisenziya qazandı

Azərbaycan Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına növbəti lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, bu uğura qılıncoynadan Səbinə Mikina nail olub.

 

Belə ki, Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Təsnifat Turniri təmsilçimiz üçün uğurlu alınıb. Ardıcıl 3 rəqibini məğlub edən sablyaçı yarışı birinci pillədə başa vurub. Çempion titulu isə Mikinanın Rioya lisenziyasını rəsmiləşdirib. London Olimpiadasında da iştirak etmiş idmançı ardıcıl ikinci dəfə 4 illiyin ən möhtəşəm yarışına qatılacaq.

 

Bununla, Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 41-ə, Rioya yollanacaq idmançılarımızın sayı isə 42-yə çatıb.

 

Mikinadan öncə Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq), Məhəmmədrəsul Məcidov (hamısı boks, +91 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (75 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.