14:18 18-04-2016
news_image

Olimpiya çempionu boksçumuza məğlubiyyətin səbəbini açıqladı

“Yarımfinalda məğlub olmağım bir az təəccüblü oldu. Qarşıdakı həftələrdə var qüvvəmlə çalışıb, Yana Alekseyevna ilə görüşdəki səhvləri aradan qaldıracam”. Apasport.az saytının məlumatına görə, bunu irlandiyalı boksçu Keti Teylor deyib.

 

60 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Samsunda keçirilən Avropa Olimpiya Təsnifat Turnirini bürünc medalla başa vurub. Lakin finalçılar Rioya lisenziya qazandığından Teylor ümidini gələn ay Qazaxıstanda keçirilək dünya çempionatına yönəldib.

 

Bakı-2015-in qalibi Braziliyaya bilet sifariş edə bilməməsini yarımfinalda Azərbaycan millisinin boksçusu Yana Alekseyevnanın solaxay olması ilə əlaqələndirib. Onun sözlərinə görə, Azərbaycanı Rioda təmsil edəcək idmançı ilə döyüşmək heç də asan deyil: “Türkiyəni qazana bilmədiyim lisenziyanı Qazaxıstanda keçiriləcək dünya çempionatında qazanmaq iddiasındayam. Konkret olaraq, yarımfinalda Alekseyevnaya uduzmağıma gəlincə, bunu püşkdəki bəxtsizliklə də izah etmək olar. Çünki yarışda həftə ərzində 4-cü dəfə solaxay idmançı ilə qarşılaşdım. Bu isə mənə əlavə çətinlik yaradırdı”.

 

Qeyd edək ki, Alekseyevna Avropa Oyunlarının yarımfinalında uduzduğu Teylora 3:0 hesabı ilə qalib gəlib.