09:31 19-04-2016
news_image
845
DİGƏR NÖVLƏR

Azərbaycan gimnastı “Miss Simpatiya” mükafatı aldı - FOTO

Polşanın Rumiya şəhərində bədii gimnastika üzrə gənclər arasında “Baltic Cup” adlı 4-cü beynəlxalq turnir keçirilib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan üç yaş qrupunda təmsil olunub.

 

Gənclər (2002-2001-ci il təvəllüdlülər) arasında çıxış edən İlahə Məmmədova çoxnövçülükdə qızıl medal qazanıb. Digər gimnast Veronika Hudis isə həmin yaş qrupunda 5-ci yerdə qərarlaşıb. O, həmçinin tamaşaçıların rəğbətini qazanaraq təşkilatçılar tərəfindən hazırlanmış “Miss Simpatiya” nominasiyasında xüsusi mükafata layiq görülüb.

 

2003-cü il təvəllüdlü gimnastların yaş qrupuna daxil olan gənc gimnastlar Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan 4 çıxışın cəmində müvafiq olaraq 4-cü və 8-ci yeri tutublar.

 

Yeniyetmələrin yaş qrupunda (2004-2005-ci il təvəllüdlülər) uğurlu çıxışı çoxnövçülükdə Arzu Cəlilovaya “qızıl” medal gətirib. Onun komanda yoldaşı Nərminə Səmədova isə “gümüş”ə layiq görüldü.