15:16 19-04-2016
news_image
930
TOP OYUNLARI

Azərbaycan çempionatında yarımfinal oyunlarının vaxtı bilindi

Kişi basketbolçular arasında Azərbaycan çempionatının yarımfinal mərhələsinin ikinci oyunlarının keçirilmə günü və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “The Club Port Baku”nun idman zalında baş tutacaq matçlar aprelin 23-nə təsadüf edəcək.

 

Günə NTD BK - "Baku Oilers" görüşü ilə start veriləcək. Ardınca isə "Bakı" AzTOP-dan qısas almağa çalışacaq.

 

23 aprel

11.00. NTD BK - "Baku Oilers"

İlk oyun: "Baku Oilers" - NTD BK – 39:91

 

12.30. AzTOP - "Bakı"

İlk oyun: "Bakı" - AzTOP – 69:77