09:13 20-04-2016
news_image
3260
TOP OYUNLARI

“Azəryol”dan ayrılıb, Almaniya klubuna keçdi

“Azəryol”un kapitanı Marin Apitzin Bakı klubundan ayrılacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı toppaylayıcı vətəni Almaniyaya dönüb.

 

O, 2 illik fasilədən sonra yenidən “Dresdner”in formasını geyinəcək. Artıq danışıqları müsbət yekunlaşdıran Apitzin yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı bildirilir.

 

Qeyd edək ki, Apitz “Azəryol”a 2015/2016 mövsümünün əvvəlində Fransa “Kann”ından transfer olunmuşdu.