10:08 20-04-2016
news_image
3421
DÖYÜŞ NÖVLƏRİ

Kapitan iddialı danışdı: Komanda yarışa hazırdı

“Bu turnirə yanvardan hazırlaşırıq. Avropa çempionatı Olimpiada ərəfəsində ilin son yarışlarından biridi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin cüdoçusu Elxan Məmmədov deyib.

 

Dünya çempionumuz aprelin 21-dən 24-dək Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatı öncəsi fikirlərini açıqlayıb.

 

100 kq çəki dərəcəsində mübarizə aparacaq Məmmədov bildirib ki, kapitanı olduğu komanda yarışa hazırdı: “Braziliya, Kuba, Fransa və Almaniyada təlim-məşq toplanışları keçmişik, tam gücümüzlə hazırlaşmışıq. Artıq yarış vaxtı yaxınlaşıb. Komanda demək olar ki, hazırdı. Güclü heyətə malikik. Hər bir çəkidə güclü idmançılarımız var. 60 kq çəki dərəcəsində Orxan Səfərov, İlqar Müşkiyev, 66 kq-da Tərlan Kərimov, 73 kq-da Rüstəm Orucov, 81 kq-da Əbdülhaqq Rəsullu, 90 kq-da Məmmədəli Mehdiyev, 100 kq-da Elmar Qasımov və mən mübarizə aparacağıq. Ağır çəkidə isə Uşanqi Kokauri yarışacaq. Bu idmançıların hər biri Avropa və dünya çempionatlarında yaxşı nəticələr göstərmiş cüdoçulardı. Bu səbəbdən də yığmanın bütün üzvlərindən yüksək nəticə gözləmək olar. Tam gücümüzlə yarışa hazırıq və məqsədimiz uğurlu çıxış etməkdi”.

 

Qeyd edək ki, Avropa çempionatında qadınların yarışında isə Aişə Qurbanlı (48) mübarizə aparacaq.