14:21 20-04-2016
news_image

Bakıya gələcək yığmaların sayı 89-a çatdı

Mayın 6-dan 8-dək Bakıda cüdo üzrə keçiriləcək “Böyük Dəbilqə” turnirinə gələcək ölkələrin siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, son anda Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq yarış üçün daha 3 ölkə sifariş edilib.

 

Nəticədə paytaxtımıza gələcək komandaların sayı 89-a çatıb və turnir üçün ümumilikdə 591 cüdoçu sifariş edilib. Bunlardan 359-u kişi, 232-si qadındı.

 

Qeyd edək ki, yığmamız “Boyük Dəbilqə”dən öncə Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatına qatılacaq.