09:16 21-04-2016
news_image
1186
TOP OYUNLARI

Natalya Məmmədova 12 ildə 11-ci dəfə sevindirdi - FOTO

Qadın voleybolçular arasında İsveçrə çempionatında qızıl mükafatçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 18 turun yekununa əsasən Sürixin “Volero” klubu yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Azərbaycan millisinin sabiq hücumçusu Natalya Məmmədovanın kapitanı olduğu komanda hesabat turunda “Pfeffingen”i 3:0 (25:11; 25:17; 25:14) hesabı ilə məğlub edib. Bununla da 18 matçda 18-ci qələbəsini qazanan Sürix təmsilçisi aktivindəki xallarının sayını 54-ə çatdırıb.

 

Nəticədə 12 yaşlı “Volero” 11-ci dəfə çempionluq sevinci yaşayıb. Məmmədova isə karyerasında 3-cü dəfə İsveçrənin ən güclüsü adına layiq görülüb.

 

Qeyd edək ki, ikinci yerdə qərarlaşan “Düdingen”in 45, üçüncü pillədəki “Pfeffingen”in 35 xalı var.