10:43 21-04-2016
news_image
1765
TOP OYUNLARI

“Lokomotiv” işçiləri ilə vidalaşır, aşağı yaş qruplarını bağlayır

“Lokomotiv” klubunun borcları artmaqda davam edir. Apasport.az saytının məlumatına görə, voleybolçulara 800 min dollara yaxın borcu olan “dəmiryolçular” artıq Biləcəridə yerləşən bazanın işçiləri ilə də vidalaşıblar.

 

Belə ki, bazada çalışanların əmək haqqını verə bilməyən klub rəhbərliyi onlarla vidalaşmağı üstün tutub. Komandanın bu günlərdə bazanı boşaldaraq, balansında olduğu “Azərbaycan Dəmir Yolları” QSC-yə təhvil verməsi gözlənilir. Onların, həmçinin klubun bir neçə əməkdaşı ilə vidalaşdığı da bildirilir.

 

Tarixinin ən pis günlərini yaşayan “Lokomotiv” aşağı yaş qrupları üzrə bölmələrini də bağlamağa qərar verib. Yeni mövsümdə yaşaması sual altında olan Super Liqanın bürünc medalçısı yeni nəslin yetişməsində də artıq maraqlı deyil. Çünki əsas komanda olmayandan sonra əvəzedicilərə də ehtiyac duymurlar.

 

Qeyd edək ki, “Lokomotiv”lə bağlı CEV və FİVB-ə şikayətlər olunub. Beynəlxalq qurumların isə voleybolçulara borclu qalan komandaya sanksiyası gözləniləndi.