13:50 21-04-2016
news_image
3605
TOP OYUNLARI

Millimiz Fransa, İspaniya və Türkiyə ilə eyni qrupa düşdü

Kişi və qadınlardan ibarət Azərbaycan milliləri FİBA 3X3 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Apasport.az saytının məlumatına iyulun 1-2-də 3 ölkədə - Hollandiya, Andorra və Fransa keçiriləcək yarışda artıq rəqiblərimiz dəqiqləşib.

 

Belə ki, kişilərdən ibarət yığmamız Hollandiyanın paytaxtı Amsterdamda ev sahibləri, Serbiya, Türkiyə, Rusiya, Almaniya, İsveçrə, Slovakiya və Uels milliləri ilə oynayacaqlar. Final mərhələsinə ilk 4 pillədə qərarlaşacaq komandalar yüksələcək.

 

Qadınlardan ibarət yığmamız isə Puatye şəhərində ev sahibləri Fransa, həmçinin İtaliya, İspaniya, Türkiyə, Slovakiya, Rusiya və Latviya komandaları ilə 3 vəsiqə uğrunda mübarizə aparacaq.

 

FİBA 3X3 Avropa çempionatının final mərhələsi bu il sentyabrın 2-4-də olacaq. Həlledici mərhələnin keçirilmə yeri hələ dəqiqləşməyib.