15:38 21-04-2016
news_image
4373
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan idmançısı Bundesliqa klubu ilə müqavilə bağladı

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, 74 kq çəki dərəcəsində yığmamızın əsas üzvü olan 26 yaşlı idmançı karyerasını Almaniyada davam etdirəcək.

 

Belə ki, Avropa çempionumuz legioner həyatı yaşamağa qərar verib. O, Almaniyanın “Nendingen” klubu ilə anlaşıb.

 

Klublararası Almaniya çempionatının ən yüksək dəstəsi – Bundesliqada çıxış edən 6 klubdan biri olan bu komanda heyətini ulduzlarla gücləndirməyə başlayıb. Onlar dünya çempionatının və Avropa Oyunlarının mükafatçısını da bu məqsədlə transfer ediblər.

 

Müqavilə ilkin olaraq, 2016/2017 mövsümü üçün imzalanıb. Artıq onun adı yeni il üçün iştirak ərizəsinə də salınıb.

 

Qeyd edək ki, Həsənov Rio-2016-da sərbəst güləş üzrə Azərbaycan millisinin şərəfini qoruyacaq. O, “Nendingen”ə Bakının “Zenit” klubundan gedib.