13:13 22-04-2016
news_image
526
TOP OYUNLARI

AFFA Yaşar Babayevi təbrik edib - FOTO

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri olmuş Yaşar Babayevin 75 yaşı tamam olur. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu gün federasiyanın inzibati binasında baş katib Elxan Məmmədov veteran futbolçu ilə görüşüb, əlamətdar yubileyi münasibətilə onu AFFA rəhbərliyi adından təbrik edib.

 

Baş katib üzərində “Y.Babayev 75” yazılmış Azərbaycan milli komandasının futbolkasını yubilyara təqdim edib. Yaşar Babayev göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.

 

Qeyd edək ki, uzun müddət “Neftçi”də çıxış etmiş Yaşar Babayev bu komandanın heyətində 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb.