13:35 22-04-2016
news_image
1009
DÖYÜŞ NÖVLƏRİ

“Finalda da qalib gələ bilərdim, amma...” - Orxan Səfərov

“Avropa çempionatı həmişə çətin olur. Belə mühüm yarışlarda asan rəqib olmur”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının cüdoçusu Orxan Səfərov deyib.

 

60 kq çəki dərəcəsində millimizin şərəfini qoruyan idmançı Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatındakı çıxışı şərh edib. Səfərov bildirib ki, finalda fransalı Valid Xyar ilə görüşdəki səhvləri növbəti döyüşlərdə təkrarlamayacaq: “Avropa və dünya çempionatları Qran-pri, “Böyük Dəbilqə” kimi turnirlərdən fərqlənir. Budəfəki qitə birinciliyində də medal qazandığım üçün çox sevinirəm. Bu, asan başa gəlmədi. Çətin görüşlərim oldu. Finalda da qalib gələ bilərdim, amma məğlub oldum. İnşallah, gələn il bu səhvi təkrarlamayacam. Qızıl medal almağa çalışacam. Amma buna da şükür. Məşqlərimiz, çəkdiyimiz əziyyətlər yerdə qalmadı”. 

 

Qeyd edək ki, Avropa çempionatının ilk günündə tatamiyə çıxan 4 cüdoçumuzdan yalnız Səfərov gümüş medal qazanıb.