00:25 23-04-2016
news_image
1001
DÖYÜŞ NÖVLƏRİ

Sadıq Sadıqov millinin düşərgəsində - FOTOSESSİYA

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Avropa çempionatında medal qazanan cüdoçularımızı təbrik edib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçuları uğurla çıxış edirlər.

 

Milli komandamızın üzvləri Orxan Səfərov qitə çempionatının gümüş, Rüstəm Orucov isə qızıl medalını qazanaraq çempionata uğurlu start veriblər.

 

Yarışların gedişini Kazanda canlı izləyən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov cüdoçularımızı parlaq qələbələr münasibətilə təbrik edib.