19:55 23-04-2016
news_image
4928
DÖYÜŞ NÖVLƏRİ

Elmar Qasımov bürüncü əldən verdi - YENİLƏNİB

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə mübarizəyə daha 4 idmançınız qoşulub.

 

90 kq

1/32 finaldan azad olan Məmmədəli Mehdiyev mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk rəqibi ukraynalı Quedjau Nabaliya yuko xalı ilə uduzub.

 

100 kq

Elxan Məmmədov 1/16 finalda rusiyalı Adlan Bisultanovla görüşüb. 4 dəqiqə 17 saniyəyə qalib gələn idmançımız növbəti qarşılaşmada böyük britaniiyalı Bencamin Fletçerə məğlub olub.

 

İlk raunddan azad olan Elmar Qasımov 1/8 finalda tatami üzərinə çıxıb. O, bu mərhələdə Artyom Bloşenkonu (Ukrayna) vazaari ilə məğlub edib. Təmsilçimiz 1/4 finalda hollandiyalı Henk Krolla yenilib. Qasımov təsəlliverici görüşdə latviyalı Yevgeni Borodavko ilə qarşılaşıb. Bu rəqibini məğlub edən Elmar bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Bu görüşdə isə estoniyalı Qriqori Minaşkinə məğlub olan cüdoçumuz bürünc medal qazanmaq şansını əldən verib. 

 

+100 kq

1/16 finalda qüvvəsini sınayacaq Uşanqi Kokauri litvali Marius Paskeviçyusla görüşüb. Rəqibini 1 dəqiqə 41 saniyəyə ippona salan təmsilçimiz 1/8 finala yüksəlib. Bu mərhələdə idmançımız israilli Or Saaaona vazaari ilə yenilib.

 

Qeyd edək ki, yığmamız yarışın ilk iki günündə 1 qızıl və 1 gümüş medal qazanıb. Rüstəm Orucov qitə çempionu adını qazanıbsa, Orxan Səfərov yalnız finalda uduzub.