19:14 23-04-2016
news_image

Azərbaycan yığması Latviya ilə qarşılaşacaq

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı komanda yarışlarının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, yalnız kişilərdən ibarət komanda ilə mübarizə aparacaq Azərbaycan millisinin də rəqibi bəlli olub.

 

Yarışda iştirak edəcək komandamızın bəxtinə Latviya millisi düşüb.

 

Qeyd edək ki, komanda yarışları sabah start götürəcək.