18:31 24-04-2016
news_image
2862
DÖYÜŞ NÖVLƏRİ

Millimiz Avropa üçüncüsüdür! - YENİLƏNİB

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə komandalar arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi 1/8 final mərhələsində Latviya millisi ilə qarşılaşıb.

 

Millimiz rəqibinə 4:1 hesablı qalib gələrək, 1/4 finala yüksəlib.

 

Bu mərhələdə isə komandamızın rəqibi Polşa yığması olub. İdmançılarımız polyaklara qalib gələ bilməyiblər - 2:3.

 

Ancaq komandamız hələ ki mübarizəni davam etdirir. Belə ki, yığmamız təsəlliverici görüşlərə qatılıb.

 

Budəfəki rəqib isə Yunanıstan cüdoçuları olub. Millimiz bu dəfə də qalib gəlib və bürünc medallar uğrunda son görüşdə Fransa ilə mübarizə aparıb. 3:2 hesablı qələbə qazanan yığmamız qitə birinciliyinin bürünc medallarını qazanıb.

 

 

Cüdo üzrə komandalararası Avropa çempionatı

 

1/8 final

Latviya – Azərbaycan – 1:4

 

66 kq. Maksims Morozovs – Vüqar Şirinli – 0:1

73 kq. Dmitris Fedosenkovs – Rüstəm Orucov – 0:1

81 kq. Konstantins Ovçinnikovs – Rüstəm Alimli – 1:0

90 kq. Ayqars Milenbeks – Məmmədəli Mehdiyev – 0:1

+90kq. Uşanqi Kokouri rəqibi olmadığı üçün texniki qələbə qazanıb.

 

1/4 final

Polşa - Azərbaycan - 3:2

 

66 kq. Aleksandr Beta - Vüqar Şirinli - 1:0

73 kq. Damian Şvarnoveski - Rüstəm orucov - 0:1

81 kq. Yakub Kubieneç - Rüstəm Alimli - 0:1

90 kq. Patrik Çexomski - Məmmədəli Mehdiyev - 1:0

+90 kq. Matyaj Sarnaçki - Uşanqi Kokouri - 1:0

 

Təsəlliverici görüş

Yunanıstan - Azərbaycan - 2:3

 

66 kq. Haralampos Fulidis - Vüqar Şirinli - 0:1

73 kq. Georgios Azoidis - Rüstəm Orucov - 0:1

81 kq. Roman Mustopulos - Rüstəm Alimli - 1:0

90 kq. Aleksios Ntanansidis - Məmmədəli Mehdiyev - 0:1

+90 kq. İlias İliadis - Elxan Məmmədov - 1:0

 

Bürünc medallar uğrunda görüş

Azərbaycan - Fransa - 3:2

 

66 kq. Vüqar Şirinli - Kilyan Le Blo - 0:1

73 kq. Rüstım Orucov - Qiom Şane - 1:0

81 kq. Rüstəm Alimli - Julian Kermarrek - 0:1

90 kq. Məmmədəli Mehdiyev - Aksel Klerj - 1:0

+90 kq. Uşanqi Kokouri - Həmzə Ouçane - 1:0