10:36 25-04-2016
news_image
606
TOP OYUNLARI

Azərbaycana gəlməyə qoymadılar, istefa verir

Qadın voleybolçulardan ibarət Belarus millisinin Azərbaycanla yoxlama matçı baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, bunu yerli federasiyanın direktoru Sergey Vaytexoviç açıqlayıb.

 

O bildirib ki, Avropa Liqası öncəsi qarşılaşmanın keçirilməsində baş məşqçi Pyotr Xilko maraqlı olsa da, qurum onun bu istəyinin üstündən xətt çəkib. Belə ki, Azərbaycana gəlmək variantı ortaya çıxandan sonra Polşadan təklif alıblar. Komandanın burada 3-4 yığma ilə birgə turnirə qatılması üçün isə hansısa xərc tələb olunmayıb.

 

Vaytexoviç bildirib ki, bu səbəbdən də Azərbaycana yollanmaq variantı alınmayacaq: “Çünki oraya yollanmaq və oynamaq böyük xərc tələb edir”.

 

Bu qərar açıqlandıqdan sonra isə əvvəllər də federasiya ilə problemi olan Xilko postundan ayrılmağa qərar verib.

 

Qeyd edək ki, Xilko əvvəllər Azərbaycanın “İqtisadçı” və “Lokomotiv” klublarını çalışdırıb.