13:25 25-04-2016
news_image
3545
TOP OYUNLARI

“Azərbaycan çempionatı xaotik təqvimə malik idi”

“Azərbaycan çempionatının xüsusi özəlliyi var. Mən orada çıxış etdiyim vaxt 3 komanda yüksək səviyyədə oynayırdı”. Apasport.az saytının məlumatına görə, bunu Polşa millisinin voleybolçusu Katarjina Skovronska deyib.

 

Ulduz voleybolçu oynadığı İtaliya, Çin, Türkiyə və Azərbaycan çempionatlarını müqayisə edib. O, “Rabitə” ilə 2 dəfə çempionluq sevinci yaşadığı Super Liqanı güclü yarış saysa da, təşkilatçılığını pisləyib: “Eyni mövsümdə hər bir komanda digəri ilə 6 dəfə görüşürdü. Super Liqa çox gərgin və maraqlı, amma xaotik təqvimə malik idi. Bəzən elə olurdu ki, bir gündən bir və ya iki gündən bir meydana çıxırdıq. Bəzən isə 2 həftə istirahət etməli olurduq. Belə vəziyyətdə optimal formada hazırlaşmaq çox çətindi. Orada hər şey Çempionlar Liqasına hesablanıb və hər şey də onun ətrafında fırlanırdı”.

 

Qeyd edək ki, Skovronska 2013-2015-ci illərdə tarixin yaddaşına köçən “Rabitə”də oynayıb, onunla Çempionlar Liqasının finalçısı olub. O, həmçinin 2013/2014 mövsümündə çempionatımızın bombardiri adını qazanıb.