18:43 25-04-2016
news_image
852
DİGƏR NÖVLƏR

“Formula-1”: Marşallar təlimlərə başladı

Bakıda təşkil ediləcək “Formula-1” Avropa Qran-prisinə marşalların hazırlanması məqsədi ilə təlimlərə start verilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən apasport.az saytına verilən məlumata görə, “Baku Marshals Club”un Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə marşalları qismində əməkdaşları ilə baş tutacaq hazırlıq aprelin 29-da başa çatacaq.

 

Təlimlərə ümumilikdə 189 yanğınsöndürmə və 139 xilasetmə marşalları qatılıb. Hazırlıqlar Bəhreyn Motor-İdman Federasiyasının peşəkar təlimçiləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təlim-bazasında aparılır.

 

Hazırlıqlar 2 - nəzəri və praktik hissədən ibarətdi.

 

Qeyd edək ki, “Formula-1” Avropa Qran-prisində 1000 yerli və 300-ə yaxın xarici marşal iştirak edəcək.