11:38 26-04-2016
news_image
2914
TOP OYUNLARI

Klublarımız “Lokomotiv”ə görə sanksiya ilə üzləşə bilər

“Lokomotiv” oyunçularının borcunu vaxtında ödəməsə Azərbaycan voleyboluna ciddi zərbə vura bilər. Apasport.az saytının məlumatına görə, 800 min dollara yaxın borcu olan “dəmiryolçular” sanksiya ilə üzləşəcəkləri halda, digər klublarımızı da “reys”dən çıxaracaq.

 

Belə ki, Avropa Voleybol Konfederasiyası “Lokomotiv”ə görə bütün komandalarımıza transfer qadağası qoymaq hüququna malikdi. Yəni klub dağılsa belə, onların qeyri-peşəkarlığı avrokubok şanslarımızın üstündən xətt çəkəcək. Çünki Azərbaycan klubları 2012-ci ildə də belə problemlə üzləşmişdi. Lakin həmin vaxt “Bakı”nın borclarını Azərbaycan Voleybol Federasiyası ödədiyindən digər klublar ziyana düşməmişdi.

 

Qeyd edək ki, komandalarımız mayın 16-dək Çempionlar Liqası üçün sifarişlərini verməlidi. “Lokomotiv” də daxil olmaqla, “Azərreyl” və “Telekom” bu hüquqa malikdi. Lakin “dəmiryolçular”ın borcu Avro-2017-yə də ev sahibliyi edəcək Azərbaycan Voleybol Federasiyasını çıxılmaz vəziyyətdə qoya bilər.