09:06 27-04-2016
news_image
850
STOLÜSTÜ OYUNLAR

Əlavə göstəricilər Rauf Məmmədovu çempionluqdan məhrum etdi

Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Georgi Aqzamovanın xatirəsinə həsr edilən beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən Rauf Məmmədov ikinci yeri tutub.

 

Həmyerlimiz IX turda pakistanlı Mahmud Lodhini məğlub edib. Bununla da aktivindəki xalların sayını 7,5-ə çatdıran Məmmədov çempion Farrux Amonatovdan (Tacikistan) əlavə göstəricilərə görə geri qalıb. Üçüncü pillə isə Aleksandr Zubaryevə (Ukrayna) qismət olub.

 

Qeyd edək ki, 10 ölkədən 118 şahmatçı iştirak edib.