16:05 27-04-2016
news_image
1792
DÖYÜŞ NÖVLƏRİ

Cəbrayıl Həsənov Almaniya klubunda çəkisini dəyişir

Almaniyanın “Nendingen” klubu Azərbaycan millisinin güləşçisi Cəbrayıl Həsənovu universal idmançı kimi transfer edib. Apasport.az saytının məlumatına görə, Rio-2016-da 74 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək Avropa çempionumuz Bundesliqa klubunda xalça üzərinə fərqli çəkidə çıxacaq.

 

“Nendingen” həmyerlimizə 75 və 86 kq çəki dərəcəsində şans verəcək. O, burada özünü doğruldacağı halda, qazancını daha da artıra biləcək.

 

Komanda yeni mövsüm üçün Həsənovla yanaşı, daha 3 sərbəst güləşçi transfer edib. Bunlar Leon Gerstenberger (61 kq, 66 kq), Andrey Perpelita (66 kq) və Yohannes Kesseldi (130 kq).

 

Qeyd edək ki, Bundesliqanın yeni mövsümündə 8 klubun iştirakı planlaşdırılır.