14:17 28-04-2016
news_image
548
TOP OYUNLARI

Polina Rəhimova “Qara Qartal”ı gözləyir

Yaponiyada qadın voleybolçular arasında keçirilən “Qara Qartal” kubokunun (Kurowashiki Cup) püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” D qrupunda yer alıb.

 

Təmsilçimizin komandası ölkə kubokunu qazanmaq üçün burada “Tokai University”, “Kinrankai Girls Senior High School” və NEC-lə mübarizə aparacaq. Oyunlar müvafiq olaraq, aprelin 30-da, mayın 1-də və 2-də olacaq.

 

Yarışda qrup qalibləri mərhələ adlayacaq. Mayın 5-də isə yarışa yekun vurulacaq.

 

Bu yarışın ardınca Polinanın Yaponiya klubu ilə müqaviləsi də başa çatacaq. Onun “Toyota”da qalması və ya yeni klubla müqavilə bağlaması isə meneceri ilə məsləhətləşmədən sonra reallaşacaq.