12:54 29-04-2016
news_image
723
TOP OYUNLARI

Bolqarıstan millisi Azərbaycan çempionatından 2 oyunçuya dəvət göndərdi

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamın yeni baş məşqçisi İvan Seferinov Avropa çempionatının seçmə mərhələsi üçün müəyyənləşdirdiyi “32-liyə” Azərbaycan çempionatından da oyunçu daxil edib.

 

O, milli karyerasını baş vurduğunu açıqlayan Mariya Filipovanın yenidən komandaya kömək etməsini istəyib. “Telekom”un liberosunu ən azı seçmə mərhələdə oynatmaq arzusunda olan Seferinov voleybolçunun təcrübəsinin uğur qazanmaq üçün kifayət edəcəyini deyib. Mütəxəssis Super Liqada Filipova ilə eyni komandada final oynamış Qabriela Koyevanı da düşərgəyə çağırıb.

 

Lakin Seferinov “Azərreyl”lə Azərbaycan çempionu adını qazanan Straşmira Filipovaya ehtiyac duymayıb. O, zədə səbəbindən Avro-2015-ə də aparılmamışdı.  

 

 

Toppaylayıcılar

Lora Kitipova - Viçentsa, İtaliya
Petya Barakova - Volero, İsveçrə
Kristina Qunçeva - Telekomspor Türkiyə

Yoanna Atanasova - Rakovski
Mirela Şapxazova - Maritsa
Polina Neykova – MOİK

Blokçular

Nasya Dimitrova Levski

Mira Todorova - Roşvil, Fransa
Tsvetelina Zarkova - Şiintsa, Rumıniya
Viktoriya Qriqorova - Maritsa
Qabriela Koyeva - Telekom, Azərbaycan
Veronika Bejandolska – Levski
Mariya Dançeva - Maritsa
Radostina Marinova - Kazanlk Voley
İveta Stançulova - MOİK

Hücumçular
Elitsa Vasileva – Dinamo, Kazan, Rusiya
Yeva Yaneva - İlbank, Türkiyə
Kremena Kamenova - İdman Ocaği, Türkiyə)
Dobriana Rabadjieva – Volero, İsveçrə
Miroslava Paskova - Levski
Qerqana Dimitrova – Kann, Fransa
Desislava Nikolova – Seramiksan, Türkiyə

Diaqonal oyunçular
Emiliya Nikolova - Skandiçi, İtaliya
Yuliya Stoyanova - Nansi, Fransa
Qabriela Tsvetanova – Olimpiakos, Yunanıstan
Silvana Çauşeva - Maritsa
Veselina Qriqorova - Kazanlk Voley
Katrin Dimitrova - Levski
Ralina Doşkova - MOİK

Liberolar
Mariya Filipova – Telekom, Azərbaycan
Jana Todorova - Maritsa
Slavena Nikova - MOİK