12:02 30-04-2016
news_image
1890
TOP OYUNLARI

Yığmamızın Gürcüstanla oyunu türkiyəli hakimə tapşırıldı

Kişi voleybolçular arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatının I mərhələsində Azərbaycan millisinin oyunlarını idarə edəcək hakimlərin adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, I qrupda yer alan yığmamızın mayın 19-da İsveçlə qarşılaşması Pavel Andersonla (Rusiya) Vyaçeslav Prozorova (Moldova) həvalə edilib.

 

Bu matçın ertəsi İsveçrə ilə matçda əsas söz sahibi slovakiyalı Miroslav Yuraçek olacaq. Ona Anderson köməklik edəcək.

 

Qrupun oyunlarına ev sahibliyi edəcək Gürcüstan voleybolçuları ilə qarşılaşmada isə Arzu Emiroğlu (Türkiyə) və Vyaçeslav Prozorov ədaləti qoruyacaq.

 

Qeyd edək ki, növbəti mərhələyə 3 qrupun qalibi və ən yaxşı nəticəyə malik iki 2-ci yerin sahibi vəsiqə qazanacaq. Avro-2017-nin final mərhələsi isə Polşada baş tutacaq.