12:19 30-04-2016
news_image
3552
DİGƏR NÖVLƏR

“Bakı trekinə heyran qaldım və tezliklə ora getmək istəyirəm” - MÜSAHİBƏ

Rusiya Qran-prisi ərəfəsində “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo “autosport.com.ru” saytına müsahibə verib. Apasport.az xəbər verir ki, 27 yaşlı avstraliyalı ondan gözlənilən uğurlar haqda, həmçinin Bakı treki haqqında müsahibə verib.

 

- Bu mövsümdə siz 3 dəfə dördüncü yerdə qərarlaşmısız. Sizi nə vaxt podiumda görə biləcəyik?
- Nə qədər tez olsa, bir o qədər yaxşı olar. Bu həftəsonu belə bir imkan yaransa, bu imkandan hökmən istifadə edəcəm. Ola bilsin ki, bu trek bizim üçün heç də asan olmasın. Burada uzun düzlük var, lakin bu il sürətimiz daha yaxşıdı. Əgər alınsa Soçidə podiuma çıxacam. Alınmasa, birmənalı olaraq, Monakada mən bunu edəcəm.

- RB12 avtomobili ötən ilkindən nə ilə fəqlənir? Siz artıq onun gücünün artmasını bildirmisiz. Daha nəyi qeyd etmək olar? 
- Avtomobilin balansı daha yaxşı olub. Əgər keçən il biz sürətli döngələri yaxşı keçə bilirdiksə, sürət aşağı olan döngələrdə mütləq problemlər yaranırdı. İndi bu yoxdu. Məncə, RB12 və RB11 arasında ən böyük fərq məhz budu. Həmçinin, yarış zamanı təkərlərə qənaət etmək daha asandı.

- Kristian Horner bu yaxınlarda bildirmişdi ki, yenilənmiş mühərrik ilə siz ən azından “Ferrari” ilə mübarizə apara bilərsiniz... 
- Əgər mühərrik yetərinncə güclü olsa, düşünürəm ki, heç bir çətinlik olmadan “Ferrari” ilə eyni səviyyədə mübarizə aparacağıq. Buna inanıram. 

- Yeni təkər qaydaları sürətə təsir etdimi? Komanda və pilotlara indi daha rahat oldu? 
- Bəli, indi biz seçim edə bilirik. Əgər yolun səthi hamardırsa, o zaman biz daha yumşaq tərkibli təkər seçəcəyik. İstifadə üçün saysız-hesabsız müxtəlif variantlar yaranıb, birmənalı olaraq deyə bilərəm ki, yarış bununla daha maraqlı olub.  

- Rusiyada hava daha sərindi, yol səthi ilə ilişmə azdı. Buna münasibətiniz necədi? 
-
Düşünürəm ki “Medium” tipli təkərləri qızdırmaq çətin olacaq, lakin “Soft” və “Supersof” problemsiz işləməlidi. Çox güman ki, sıralanma turunda sonuncu ilə cəmi bir sürətli dövrə vura biləcəyik.

- Soçidə küləkli havaya görə pilotlar hansı problemlərlə qarşılaşa bilərlər?
- Mənə elə gəlir ki, külək artıq sakitləşməyə başlayıb. Əgər külək kəsməsə, bizə heç də asan olmayacaq. Xüsusilə də külək avtomobilin arxa tərəfindən əsərsə bu, avtomobili idarə etməkdə bizə çətinlik yaradacaq. İstənilən güclü külək balansa öz təsirini göstərir. 

- Daniel, ötən gün ad günü olan Daniil Kvyata nə hədiyyə etdiniz? 
- Düzünü desəm, onun ad günü olduğunu bu gün xatırladım. Ya bu gün axşam, ya da bazar günü ona bir şüşə pivə alacam... (gülür)

- Bakı trekindən gözləntiləriniz nədi? Fernando Alonso deyir ki, bu ən sürətli şəhər treki olacaq. 

- Bəzi döngələri görmüşəm, çox çətin və sürəli görünürlər. Çox heyran qaldım və tezliklə ora getmək istəyirəm. 

- Siz trekin ən ensiz hissəsini görməmisiniz, həqiqətən inanılmazdı. Sol tərəfdən, demək olar ki, 1 metr məsafədə, XIII əsrdə tikilmiş qədimi qala divarları yerləşir. Ehtiyatlı olun
- Deməli, çalışmalıyıq ki, Bakıda divarı zədələməyək, düz anlayıram? (gülür)

- Çin Qran-prisində keçmiş komanda yoldaşınız Sebastiyan Fettel və indiki komanda yoldaşınız Daniil Kvyat arasında baş vermiş insident haqqında nə deyə bilərsiniz?
- Təkrarlara bir-neçə dəfə baxdım və düşünürəm ki, Daniil hər şeyi düzgün edib. Yer var idi və o, bundan məharətlə yaralanıb. Yarış zamanı gözləmək lazım deyil ki, hər şey ideal olacaq. Ona görə Sebastian podiumda Daniili günahlandırmaqla, bir az həddini aşmış oldu.