13:47 30-04-2016
news_image
556
TOP OYUNLARI

Polina Rəhimova “Qara Qartal” kubokuna qələbə ilə başladı

Yaponiyada qadın voleybolçular arasında “Qara Qartal” kubokuna (Kurowashiki Cup) start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” D qrupunda ilk matçına çıxıb.

 

Təmsilçimizin komandası Osakada “Tokai University” ilə qarşılaşıb. Rəhimovanın da meydanda olduğu matç “Toyota”nın asan qələbəsi ilə yekunlaşıb – 3:0 (25:13; 25:19; 25:23).

 

Hücumçumuzun klubu sabah “Kinrankai Girls Senior High School”la, mayın 1-də NEC-lə oynayacaq. Yarışda qrup qalibləri mərhələ adlayacaq. Mayın 5-də isə kubokun sahibi bilinəcək.