09:29 02-05-2016
news_image
495
TOP OYUNLARI

Yığmamızın oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsini idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi də oyunlarını idarə edəcək referiləri tanıyıb.

 

Belə ki, komandamızın 6 oyununu 7 ölkədən olan ədalət təmsilçisi idarə edəcək. Onların bəziləri yığmamızın oyununda 2 dəfə söz sahibi olacaq.

 

 

I dövrə, Monteneqro

3 iyun

19:00. Azərbaycan – Fransa

Hakimlər: Çavdar Marev (Bolqarıstan), Miryana Qaliç (Bosniya və Herseqovina)

 

4 iyun

22:00. Azərbaycan – Monteneqro

Hakimlər: Mixael Yanoş (Avstriya), Çavdar Marev (Bolqarıstan)

 

5 iyun

19:00. İspaniya – Azərbaycan

Hakimlər: Felisia Alina Sukiu (Rumıniya), Mixael Yanoş (Avstriya)

 

II dövrə, Fransa

10 iyun

17:00. Monteneqro – Azərbaycan

Hakimlər: Benedikt Qeukes (Almaniya), Raquel Portela (Portuqaliya)

 

11 iyun

18:00. Azərbaycan – İspaniya

Hakimlər: Paul Herbots (Belçika), Benedikt Qeukes (Almaniya)

 

12 iyun

21:00. Azərbaycan – Fransa

Hakimlər: Benedikt Qeukes (Almaniya), Paul Herbots (Belçika)