12:49 02-05-2016
news_image
547
TOP OYUNLARI

Polina Rəhimovanın komandasından ardıcıl 3 qələbə

Yaponiyada qadın voleybolçular arasında “Qara Qartal” kubokunun (Kurowashiki Cup) qrup mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” keçirdiyi hər 3 oyunu qələbə ilə başa vurub.

 

Belə ki, təmsilçimizin komandası Osakada baş tutan görüşlərdə “Tokai University”ni məğlub etdikdən (3:0) sonra “Kinrankai Girls Senior High School” üzərində də inamlı qələbə qazanıb – 3:0 (25:14; 25:23; 25:14). “Toyota” D qrupunun sonuncu qarşılaşmasında NEC-ə də şans verməyib. Bu də rəqibinə 3:1 (25:21; 30:28; 21:25; 26:24) hesabı ilə qalib gələn komanda qrup birincisi kimi mərhələ adlayıb.

 

Onlar finala gedən yolda “Toray”la üz-üzə gələcəklər.