10:17 03-05-2016
news_image
1283
TOP OYUNLARI

Azərbaycan millisi Avropa çempionatı üçün heyətini açıqladı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fərid Cəlilov Avropa çempionatının seçmə mərhələsi üçün 13 oyunçuya dəvət göndərib.

 

O, Avropa Oyunları ilə müqayisədə heyətdə 3 dəyişiklik edib. Belə ki, özü karyerasını bitirdiyi halda, Kənan Allahverdiyev yığmaya çağırmağa ehtiyac duymayıb. Həmçinin millimizin aparıcı üzvlərindən olan Yevgeni Kovalenko da əsas komanda ilə vidalaşıb. 2002-ci ildən yığmamızın şərəfini qoruyan hücumçu da karyerasını başa vurub.

 

Bu oyunçuların əvəzinə isə Vüsal Rüstəmov, Aqil Ağazadə və Asif Əliyev yenidən milliyə qayıdıblar.

 

Toppaylayıcılar: 2. Tural Həsənli, 13. Aleksey Çervyakov

Blokçular: 6. Elmin Alışanov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 17. Vüsal Rüstəmov

Hücumçular: 1. Vüqar Bayramov, 3. Cavid Süleymanov, 4. Aqil Ağazadə, 5. Vadim Kutukov, 14. Rəsul İbrahimov

Liberolar: 7. Emil Abdullayev, 11. Asif Əliyev

 

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında Gürcüstan, İsveç və İsveçrə ilə I qrupunda yer alıb. Oyunlar isə mayın 19-21-də Tiflisdə keçiriləcək.