13:06 03-05-2016
news_image
2929
TOP OYUNLARI

“Lokomotiv” bazanı təhvil verib, işçilərdən ərizə istəyir

Super Liqanın gümüş medalçısı “Lokomotiv”in növbəti mövsümdə mübarizə aparacağına inam gündən günə azalır. Apasport.az saytının məlumatına görə, voleybolçulara 800 min dollara yaxın borcu olan “dəmiryolçular” Biləcəridəki bazadan çıxıb və ofisdə çalışanlara ərizə yazması üçün müraciət edilib.

 

Bazadakı işçiləri “yola salan” komanda rəhbərliyi artıq zalı “Azərbaycan Dəmir Yolları” QSC-yə də təhvil verib. Bu azmış kimi, “Lokomotiv”in ofisində çalışanlardan rəsmi ərizə istənilib.  

 

Lakin onların borcu ödəmədən tarixin yaddaşına köçməsi Azərbaycan voleyboluna güclü zərbə vuracaq. Bunun bariz nümunəsi kimi hələlik komandalarımızın transfer etmək qadağası ilə üzləşməsidi.

 

Amma “Lokomotiv”in yeni sponsora “təhvil verilməsi” nəticəsində çıxışını davam etdirməsi də istisna edilmir. Bu istiqamətdə danışıqlar aparılsa da, hazırkı rəhbərliyin komandada qalmaq ehtimalı çox az qiymətləndirilir.