14:42 03-05-2016
news_image
704
DİGƏR NÖVLƏR

“Şumaxerin yaşaması üçün möcüzəyə ehtiyacı var”

“Formula-1”in əfsanəvi pilotu Mixael Şumaxerin vəziyyəti ilə bağlı uzun fasilədən sonra məlumat yayılıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, almaniyalının durumu getdikcə pisləşir.

 

Bu barədə yerli mətbuata beyin cərrahlarından biri məlumat verib. O bildirib ki, “Ferrari”nin sabiq pilotunun bundan sonra sağalması real görünmür: “Şuminin vəziyyəti gündən-günə daha da pisləşir. Yaşaması üçün artıq möcüzəyə ehtiyacı var”.

 

Qeyd edək ki, Mixael Şumaxer 2 il yarım əvvəl Fransada dağ xizəyi sürərkən yıxılaraq başı qayaya çırpılmış və komaya düşmüşdü. Həmin vaxtdan bəri o, evində aparatlara bağlı şəkildə yaşayır.