11:43 04-05-2016
news_image
481
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan-2016” start götürdü

Bu gün “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışı əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək.

 

Turda 19 ölkədən 21 komandanın iştirakı edəcək ki, onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadı. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.