16:38 04-05-2016
news_image
2393
TOP OYUNLARI

Türkiyəli voleybolçu 5 aydır “Lokomotiv”dən maaş ala bilmir

“Lokomotiv”dən daha bir voleybolçunun ayrılacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin toppaylayıcısı Özgə Kırdar Cemberçinin də yaşaması sual altında olan kluba qayıtmayacağı dəqiqləşib.

 

Müqaviləsi mayın sonunda başa çatacaq voleybolçu karyerasını vətənində davam etdirməkdə maraqlıdı. Lakin o, hələlik hansısa komanda ilə razılığa gəlməyib.

 

Cemberçi bunadək isə “Lokomotiv”dən əmək haqqını almaq istəyindədi. Çünki son 5 ayın maaşını almayan toppaylayıcı digər komanda yoldaşları kimi “dəmiryolçular”ın müqavilənin şərtlərini yerinə yetirməyəcəyi halda şikayət edəcəyi gözləniləndi.

 

Qeyd edək ki, ondan öncə Brenda Kastillonun da 800 min dollara yaxın borcu olan Bakı təmsilçisindən getdiyi dəqiqləşmişdi.