10:24 05-05-2016
news_image
1137
TOP OYUNLARI

Polina Rəhimova “Toyota” ilə mövsümü boşa verdi

Yaponiyada qadın voleybolçular arasında “Qara Qartal” kubokunda (Kurowashiki Cup) yarımfinal mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, finala gedən yolda Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” JT klubu ilə üz-üzə gəlib.

 

Qrup mərhələsini və 1/4 final mərhələsini məğlubiyyətsiz başa vuran təmsilçimizin komandası bu dəfə uğurlu seriyasını davam etdirə bilməyib. Rəqib 3:0 (25:22; 25:27; 25:17) hesabı ilə qalib gəlib. Nəticədə Rəhimovanın komandası “Qara Qartal” kuboku ilə vidalaşıb.

 

Beləliklə, hücumçumuz “Toyota”da mövsümü mükafatsız başa vurub. Bu klubla müqaviləsi də bitən Polinanın yeni ildə harada oynaması isə meneceri ilə seçimindən asılı olacaq.

 

Qeyd edək ki, “Toyota” ölkə çempionatında da ilk “üçlük”dən kənar qalmışdı.