10:41 06-05-2016
news_image
1575
TOP OYUNLARI

Azərbaycan yığmasının voleybolçusu ölümdən döndü

Mayın 1-də Bakının Hövsan qəsəbəsi yaxınlığında dənizdə baş vermiş faciəvi hadisə ilə bağlı maraqlı məqam üzə çıxıb. Lent.az-ın məlumatına görə, bir nəfərin dənizdə boğularaq öldüyü hadisə zamanı xilas olan digər şəxs 32 yaşlı Çervyakov Aleksey Aleksandr oğludu.

 

Aleksey Çervyakov peşəkar idmançıdı və Azərbaycanın voleybol yığmasının üzvüdü. Onun atası Aleksandr Çervyakov isə qadın voleybolçulardan ibarət ölkə yığmasının sabiq baş məşqçisidi. O, hazırda "Azəryol" voleybol klubunun idman direktorudu.

 

Hadisənin necə baş verməsinə gəlincə, A.Çervyakov həmin gün tanışı Namiq Nəzərovla birgə dənizə balıq ovuna çıxıb. Sahildən bir qədər aralıda qayıqda problem yaranıb və balıqçılar həyatlarına təhlükə yaranacağını görüblər. Bundan sonra onlar dənizə atılaraq üzə-üzə sahilə çıxmaq qərarına gəliblər. Lakin N.Nəzərov boğularaq ölüb, Aleksey isə çətinliklə sahilə çıxa bilib. O, sahilə çıxarkən şok vəziyyətində olub və dərhal xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, Çervyakov bu ay Tiflisdə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində də Azərbaycan millisinin heyətinə daxil edilib.