11:33 07-05-2016
news_image
579
DİGƏR NÖVLƏR

Qəbələdə ənənəvi atıcılıq turnirinə start verildi

Bu gün Qəbələdə Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılıq üzrə Qran-pri yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən beynəlxalq yarışda 9 ölkədən 73 idmançı mükafatlar uğrunda mübarizə aparır.

 

“Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən turnir mayın 16-dək davam edəcək. Yarışda ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-ni təmsil edən snayperlər mübarizə aparırlar.

 

Azərbaycanı Qran-pridə 26 idmançı təmsil edir. Yarışa Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan tanınmış idmançılar da qatılıblar.

 

Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun 2014-cü ildən ənənəvi keçirilən turnir Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadı.