12:23 07-05-2016
news_image
2816
TOP OYUNLARI

Faiq Qarayev Avropa Liqası üçün heyəti açıqladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Faiq Qarayev Avropa Liqası üçün 26 oyunçuya dəvət göndərib.

 

Komandamızın heyətində kifayət qədər yeni sima var. Belə ki, Şəfaqət Həbibova, Anita Bredis, Yelena Parxomenko, Anastasiya Qurbanova və Yana Ağayeva yenidən düşərgəyə cəlb olunduğu halda Leysan Lvovkina və Nelli Salbişvili ilk dəfə əsas komandanın tərkibində debüt edə bilərlər. Lakin onların əvəzinə zədəsini sağaldaraq yenicə məşqlərə başlayan blokçu Ayşən Abduləzimova Avropa Liqası üçün sifariş olunmayıb.

 

Mayın 4-dən hazırlıqlara başlayan komandamızın yekun heyətinin isə ayın sonuna kimi açıqlanacağı gözlənilir. Çünki Avropa çempionatından sonra yenidən öz postuna qayıdan Faiq Qarayevin ən güclü “12-liy”i həmin ərəfədə müəyyənləşdirməsi gözlənilir.

 

Aleksandr Çervyakov da yığmamıza qayıdıb. O, Avropa Liqası üçün Faiq Qarayevin köməkçisi kimi sifariş olunub.

 

Toppaylayıcılar: Yana Əzimova, Şəfaqət Həbibova, Anita Bredis, Anastasiya Muzika, Kristina Yaqubova

Blokçular: Yelena Parxomenko, Aynur Kərimova, Olena Həsənova, Kseniya Pavlenko, Kseniya Poznyak

Hücumçular: Yana Ağayeva, Polina Rəhimova, Odina Bayramova, Marqarita Əzizova, Anastasiya Bessonova, Anastasiya Qurbanova, Leysan Lvovkina, Nərminə Musayeva, Nelli Salbişvili, Yelizaveta Səmədova, Yekaterina Jidkova

Liberolar: Ceyran Əliyeva, Valeriya Məmmədova, Oksana Kselyova, Yuliya Kərimova, Leyla Parşkova