11:53 10-05-2016
news_image
509
TOP OYUNLARI

“Lokomotiv”in pulunu verə bilmədiyi oyunçusu yığma karyerasını bitirdi

“Lokomotiv”in voleybolçusu Özgə Kırdar Cemberçi Türkiyə yığmasındakı çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, bunu 31 yaşlı toppaylayıcının özü ölkəsinin mətbuatına açıqlayıb.

 

O bildirib ki, artıq millidə gənclərə yer verməyin vaxtıdı.

 

Qeyd edək ki, “Lokomotiv”in son 5 ayda maaşını vermədiyi Cemberçi 2009-cu ildən “ay-ulduzlu” formanı geyinir. O, bu komanda ilə 2 dəfə Akdeniz Oyunlarının finalçısı olub və  Avropa çempionatının bürünc medalını qazanıb.