12:58 10-05-2016
news_image
568
DİGƏR NÖVLƏR

Rio-2016-da çıxış edəcək idmançımızdan 6 medal

Fransanın Korbey-Esson şəhərində bədii gimnastika üzrə “Souvenir Véronique DE KRISTOFFY” adlı beynəlxalq turnir keçirilib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, ölkəmizi Rio-2016-da təmsil edəcək Marina Durunda bu yarışda 5 gümüş medal qazanıb (çoxnövçülük, halqa, top, gürzlər və lent).

 

6-cı gümüş mükafatı Marina komanda hesabında komanda yoldaşları Gülsüm Şəfizadə və gənclər proqramı ilə çıxış edən İlahə Məmmədova ilə birlikdə qazanıb. Fərdi çoxnövçülükdə isə Gülsüm və İlahə müvafiq olaraq, 11-ci və 8-ci yerlərdə qərarlaşıblar.

 

Həmçinin gümüş medala eyni vaxtda Brnoda (Çexiya) keçirilən gənclər arasında “Tart Cup” adlı beynəlxalq turnirdə iplə final hərəkətlərdə gimnast Veronika Qudis layiq görülüb.