14:00 11-05-2016
news_image
528
DİGƏR NÖVLƏR

Azərbaycanın ən güclülərinin yarışı başlayır

Sabah bədii və batut gimnastikası üzrə Azərbaycan çempionatına start veriləcək. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün ərzində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda qaliblər 4 yaş kateqoriyası üzrə müəyyənləşəcək.

 

Çempionata ölkəmizin titullu idmançıları da qatılacaqlar. Belə ki, azarkeşlər yarış zamanı Bakı-2015-in bürünc medalçısı İlya Qrişunin, Avropa çempionatının bürünc mükafatçısı Dmitri Fedorovski (hər ikisi batut), Avropa Oyunlarının ikincisi, Rio-2016-nın iştirakçısı Marina Durundanın (bədii gimnastika) çıxışlarını da izləyəcəklər. Həmçinin qrup hərəkətləri komandalarının nümunəvi çıxışları, müsabiqələr və ruhlandırıcı fleşmobların da olması nəzərdə tutulub.

 

Sonda Qala-konsertdə gimnastlar xalçanı idman, incəsənət və rəqs dünyasının harmoniyasını özündə əks etdirən çıxışlarla bəzəyəcəklər.  

 

Qeyd edək ki, yarış zamanı Bakı birinciliyi də keçiriləcək.