16:43 11-05-2016
news_image
475
TOP OYUNLARI

Yığma bir araya gəldi - FOTO

Bu gün Heydər Əliyev adına İdman Sarayında Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçirilib. Apasport.az saytının xəbərinə görə, toplanış millimizin əvəzedici heyəti, yeniyetmə və gənc cüdoçular, həmçinin paralimpiyaçılarımızın iştirakı ilə baş tutub.

Məşqlərə millinin əsas üzvlərindən yalnız Orxan Səfərov qatılıb.

Qeyd edək ki, milli komandamızın aparıcı cüdoçularına, bu gün, gecə saatlarında Qazaxıstanda keçiriləcək Almatı Qran-Prisinə yola düşmələri səbəbindən istirahət verilib.